İsveçin Baş naziri Ulf Kristersson sabah Qotland adasında Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveç hökumət aparatının press-relizində bildirilib.
Görüşün məqsədi iki ölkə arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasıdır. Liderlər həmçinin təhlükəsizlik siyasəti məsələlərini müzakirə edəcəklər.
Saziş ölkələr arasında innovasiya, tədqiqat, “yaşıl” keçid, ticarət və investisiya kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.