13 Oktyabr 2023 08:28
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti gündəlikdən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Gürcü Arzusu" təşkilatının rəhbəri İrakli Kobaxidze IMEDI telekanalına müsahibəsində belə deyib.

“Salome Zurabişvili radikal müxalifətə ümid edərək konstitusiyanı pozub, ona görə də impiçment səsverməsində 100 səs toplamaq praktiki olaraq mümkün deyil” - deyə, o bildirib.

Sentyabrın əvvəlində Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib.

Sonradan məlum oldu ki, Gürcüstan hökuməti səfərlə bağlı razılıq vermədiyi üçün hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər