13 Oktyabr 2023 08:55
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail BMT-ni məlumatlandırıb ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməlidir.

Teleqraf.com xəbər verir ki, təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

"BMT hesab edir ki, belə yerdəyişmə dağıdıcı humanitar nəticələr olmadan baş verə bilməz", - deyə o qeyd edib.

S.Düjarrik əlavə edib ki, bu tələb “bütün BMT əməkdaşlarına, eləcə də BMT təsisatlarına, o cümlədən məktəblərə, sağlamlıq mərkəzlərinə və klinikalara sığınmış şəxslərə” aiddir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər