İranın dəstəklədiyi “Hizbullah” terror təşkilatı İsrailə qarşı savaşa qatılmağa hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of İsrael” qəzeti məlumat yayıb.
Nəşrin yazır ki, hərəkat vaxtı çatanda İsrailə qarşı müharibədə HƏMAS-a qoşulmağa hazır olduğunu bəyan edib.
Beyrutda Fələstinə dəstək mitinqində çıxış edən “Hizbullah” liderinin müavini Naim Qasım deyib: “Biz tam hazırıq və hərəkətə keçmə vaxtı gələndə bunu edəcəyik”.