İsrail Müdafiə Qüvvələri (SAXAL) HƏMAS xüsusi təyinatlı qüvvələrinin komandiri Əli Qadini məhv etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, ötən həftə İsrailin cənubuna hücuma rəhbərlik edib.
“Nuhba” adlı bölmənin komandiri Əli Qadi PUA ilə vurulub. Əməliyyatın İsrail kəşfiyyatı tərəfindən keçirildiyi bildirilib.
SAXAL-ın məlumatına görə, Qadi 2005-ci ildə mülki İsrail vətəndaşlarını oğurlayaraq öldürməkdə şübhəli bilindiyi üçün həbs olunub. 2011-ci ildə məhbus mübadiləsi zamanı Qəzzaya qaytarılıb.