15 Oktyabr 2023 22:19
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 16-da yenidən İsrailə yola düşəcək.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

Blinkenin İsrailə sonuncu səfəri beş gün əvvəl baş tutub.

Miller ABŞ dövlət katibinin İsrail hakimiyyəti ilə məsləhətləşmələr aparacağını bildirib.

Dövlət Departamentinin rəsmisi əlavə edib ki, Amerikanın baş diplomatı müharibənin daha geniş münaqişəyə çevrilməsinin qarşısını almaq üçün Yaxın Şərqə gedir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər