Ukrayna əks-hücum cəhdlərində böyük itkilər verir. Bu rəqəmlər Rusiyadan səkkiz dəfə çoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"İyunun 4-dən bu əks-hücum davam edir. İndiyə qədər heç bir nəticə yoxdur. Ukraynadan yalnız böyük itkilər var. Rusiya ordusu xüsusi hərbi əməliyyat zonasında, o cümlədən Kupyansk, Zaporojye və Avdeyevsk istiqamətlərində bütün təmas xətti boyunca aktiv müdafiə aparır və mövqelərini yaxşılaşdırır”, - Rusiya lideri bildirib.