17 Oktyabr 2023 16:46
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami Qəzza zolağında davam edən müharibəni “İsrail rejimin süqutunun başlanğıcı” adlandırıb.

Teleqraf.com xəbər verir ki, iranlı general HƏMAS-ın hücumunun İsrailin strategiyası və təhlükəsizliyində “zəlzələ effekti” yaratdığını iddia edir.

“Qəzzada başlatdığı növbəti müharibə sionist rejimin qaçılmaz süqutunun ilk mərhələsidir”, - Səlami deyib.

General bildirib ki, HƏMAS-ın “Əqsa tufanı” əməliyyatı coğrafi baxımdan taktiki aspektə malik olsa da, təsir dairəsi qlobaldır.

“Hər kəs dərk edir ki, bu gün sionist rejim məğlubdur. HƏMAS onları təkbaşına və heç bir qüvvənin dəstəyi olmadan məğlub edib”, - Səlami əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər