17 Oktyabr 2023 23:58
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Der Spiegel” nəşri İsrail ordusunun günlərdir Qəzzada gözlənilən, amma başlamayan quru əməliyyatının arxasında ABŞ-ın olduğunu yazır.

Teleqraf.com xəbər verir ki, nəşr məsələnin ABŞ və İsrail arasında müzakirə olunduğunu bildirir.

“İsrailin quru əməliyyatı ABŞ Prezidenti Co Baydenin səfərindən dərhal sonra başlayacaq”, - məqalədə deyilir.

Həmrəylik niyyəti ilə İsrailə səfərin kritik vaxta təsadüf etdiyini vurğulayan nəşr öz mənbələrinə istinadla Baydenin ölkəni tərk etdiyi an quru əməliyyatının başlaya biləcəyinə diqqət çəkib.

ABŞ prezidenti ilə quru əməliyyatının şərtlərini müzakirə edəcəyi gözlənilən İsrailin bir-iki gün ərzində düyməni basa biləcəyi iddia edilir.

Amerika lideri İsrailə sabah gələcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər