18 Oktyabr 2023 00:37
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda polis iqlim fəalı Qreta Tunberqi şəhərin mərkəzində neft və qaz şirkətlərinə qarşı nümayişdə etirazçılara müraciət etdikdən sonra saxlayıb.

Teleqraf.com xəbər verir ki, ekoloji təşkilat olan “Greenpeace”in üzvü olan fəal Meyfayrdakı “Intercontinental Hotel”ə qalxıb və binada keçirilən neft-qaz sənayesi liderlərinin, o cümlədən “Shell”in toplantısına etiraz etmək üçün pankart açıb.

Qeyd edək ki, Qreta Tunberq İsveç parlamenti qarşısında həftəlik etiraz aksiyalarından sonra dünya üzrə gənc iqlim fəallarının simasına çevrilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər