18 Oktyabr 2023 10:50
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın uzaqmənzilli ATACMS raketləri Ukrayna və Rusiya arasında vəziyyətə ciddi şəkildə təsir edə bilər. İndi Rusiya Ukrayna ordusunun yeni silahlarla müqavimətini nəzərə alaraq, aviasiya və anbarlardan istifadə prinsiplərini buna uyğunlaşdırmalı olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Analitiklər deyirlər ki, Ukraynanın işğal olunmuş ərazilərdəki aerodromlara endirdiyi zərbələr Rusiya komandanlığını aviasiya vasitələrini dağıtmağa və təyyarələrin bir hissəsini cəbhə xəttindən uzaqlaşdırmağa məcbur edəcək.

Rusiya mənbələri də yeni raketləri HIMARS sistemləri ilə müqayisə edirlər. HIMARS-ların göndərilməsindən sonra Rusiya hücum planlarında dəyişiklik etməyə məcbur olmuşdu. HIMARS zərbələrindən sonra rus birləşmələri geri çəkilmişdilər. ISW oxşar vəziyyətin təkrarlanacağını gözləyir.

ABŞ institutu hesab edir ki, ATACMS Rusiya aviasiyasının müdafiəyə və hücum əməliyyatlarına dəstəyi poza bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər