Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas çərşənbə günü ABŞ Prezidenti Co Baydenin İsrailə səfəri zamanı onunla telefon danışığından imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin KAN telekanalı məlumat yayıb.
Kanalın məlumatlı mənbəsi bildirib ki, Bayden administrasiyası liderlər arasında telefon danışığı təşkil etməyə çalışsalar da, Fələstin lideri bu istəyi rədd edib.
Buna baxmayaraq, ABŞ və Fələstinin aidiyyəti qurumları bir-birləri ilə əlaqə saxlayırlar. Mahmud Abbas həmçinin bu həftənin əvvəlində İordaniyada keçiriləcək sammitdə Bayden və ərəb liderləri ilə gözlənilən görüşü də ləğv edib.