22 Oktyabr 2023 18:37
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda provaslav din xadimləri istisna olmaqla, digər dinlərə və dini kastalara ibadət edən din xadimləri həqiqi hərbi xidmətə çağırılacaqlar.

Teleqraf.com xəbər verir ki, bu məsələ Gürcüstan Parlamentnin qəbul etdiyi yeni Müdafiə Məcəlləsində əksinin tapıb.

Sənədə əsasən, çağırışçılar 6, 8 və 11 aylıq həqiqi hərbi xidmətə cəlb ediləcəklər.

Sənəddə deyilir ki, pravoslav din xadimləri istisna olmaqla, bütün digər dini icmaların nümayəndələri məcburi hərbi xidmətə çağırılacaq.

Məcburi hərbi xidmətin bir il müddətinə təxirə salınması üçün çağırışçı dövlətə 5 min lari vəsait ödəyəcək.

Qeyd edək ki, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası qanun layihəsini 2022-ci ilin dekabrında parlamentə təqdim edib.

Bu təşəbbüs cəmiyyətdə narazılığa səbəb olub, hətta qanuna qarşı etiraz aksiyaları da keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər