23 Oktyabr 2023 09:05
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səlahiyyətliləri öz vətəndaşlarına “gözlənilməz təhlükəsizlik vəziyyəti səbəbindən” dərhal Livanı tərk etməyi tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, Livandakı ABŞ vətəndaşları gözlənilməz təhlükəsizlik vəziyyətinə görə dərhal ölkəni tərk etməlidirlər. "Dövlət Departamenti ABŞ vətəndaşlarına Livana səyahət etməməyi şiddətlə tövsiyə edir. Biz Livandakı ABŞ vətəndaşlarını hazırda kommersiya variantları ilə ölkəni tərk etmək üçün müvafiq tədbirlər görməyə çağırırıq”, - deyə məlumatda vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər