25 Oktyabr 2023 11:45
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya bölgədəki vətəndaşlarını müdafiə məqsədilə Yaxın Şərqə qoşun və iki hərbi nəqliyyat təyyarəsi göndərib.

Teleqraf.com xəbər verir ki, müdafiə naziri Riçard Marles əhəmiyyətli sayda qoşun göndərildiyini açıqlasa da, say barədə məlumat verməyib.

Avstraliya bölgəyə canlı qüvvə ilə yanaşı, iki C-130J “Super Hercules” təyyarəsi də göndərib. Marles təyyarələr və qoşunların harada yerləşdiriləcəyini açıqlamayıb.

Təyyarələr artıq ərazidə olan C-17A “Globemaster” ağır nəqliyyat təyyarəsi və KC-30 yanacaqdoldurana əlavə olunacaq.

“Məqsəd vəziyyət pisləşərsə, Yaxın Şərqdə olan Avstraliya vətəndaşlarına dəstək verməkdir”, - müdafiə naziri deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər