26 Oktyabr 2023 12:30
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

2000 illik tarixində ilk dəfə olaraq katolik kilsəsinin təşkil etdiyi illik konfransda qadınların iştirakına və səsverməsinə icazə verilib.

Teleqraf.com xəbər verir ki, katolik kilsəsinin mərkəzi olan Vatikanda ilk dəfə kilsə ilə bağlı mühüm məsələlərin müzakirə olunduğu gizli konfransda qadınlar iştirak ediblər.

Kilsəsinin kişi nümayəndələri hər il Vatikanda keçirilən konfransa qatılırlar. Bu dəfə isə kilsə tarixində ilk dəfə olaraq qadınlar da iştirak ediblər.

Dünyanın müxtəlif ölkələrindən 300 yepiskopun qatıldığı toplantıya müxtəlif qruplardan olan rahibələr və qadınlar da qatılıblar.

Papa Frensiskin sədrliyi ilə keçirilən konfransda homoseksuallıq, boşanma və qadınların rolu kimi mövzular müzakirə edilib.

Katolik qadın təşkilatları uzun müddətdir Vatikanda qadınlara da söz verilməsi üçün kampaniya aparırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər