İsrailin döyüş təyyarələri son sutka ərzində Qəzza zolağında HƏMAS-a məxsus 250-dən çox obyektə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Vurulan obyektlərə HƏMAS-ın infrastrukturu, komanda mərkəzləri, tunellər və raket buraxılış qurğuları daxildir.
SAXAL bildirir ki, raket qurğuları müharibə boyu İsrail ərazisinə atəşin açıldığı mülki obyektlərdə yerləşdirilib.
İsrail Hərbi Dəniz Qüvvələri də Xan Yunisdə HƏMAS-ın raket buraxılış mövqeyinə zərbələr endirib. Məlumatda deyilir ki, raket buraxılış məntəqəsi məscid və uşaq bağçasının yanında yerləşir.
“Bu, HƏMAS-ın mülki obyektlərdən terrorçu məqsədləri üçün qəsdən istifadə etdiyini sübut edir”, - SAXAL vurğulayır.