17 Yanvar 2015 02:28
686
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nigeriyada daha bir qanlı terror akisyası baş verib. Belə ki, bu ölkənin Qombe şəhərində terror aktı nəticəsində 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Teleqraf.com-un "Reuters" agentliyinə istinadən məlumatına görə, bazarda baş verən partlayış terrorçu- kamikadze tərəfindən törədilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməsə də, partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyigüman edilir.

Qeyd edək ki, bundan əvvəl Nigeriyanın şimal-şərq bölgəsində baş vermiş terror aktı nəticəsində azı 20 nəfər dünyasını dəyişmişdi.


Müəllif:

Oxşar xəbərlər