26 Oktyabr 2023 21:39
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanı Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvü kimi görmək istəyirik.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bugünkü görüşlərimizdə əlaqələrimizin bütün aspektlərini dəyərləndirdik. 13 sahə üzrə müqavilələr bağladıq. Türkmənistan enerji ehtiyatlarına görə dünyanın ən böyük ölkələri sırasındadır. Türkmənistan təbii qazı strateji dəyər qazanıb. Biz əməkdaşlıq mexanizmləri sayəsində enerji təhlükəsizliyi addımlarına əhəmiyyət veririk”, –deyə Ərdoğan bildirib.

O qeyd edib ki, görüş zamanı Xəzərdən keçən şərq-qərb dəhlizinin inkişafı məsələlərini müzakirə ediblər.

“Türkmənistandakı şirkətlərimiz 50 milyard dollardan artıq podrat layihələri həyata keçirib” – deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər