17 Yanvar 2015 09:04
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror hücumlarının baş verə biləcəyi potensial yerlər olan Belçika, Fransa və Almaniyada terrorçu olmaqda şübhəli bilinən onlarla insan həbs edilib.


Publika.az xəbər verir ki, ötən gün Paris və ətrafında 12 nəfər həbs edilib. Onlardan keçən həftə 17 nəfərin ölümü ilə nəticələnən iki terror hücumu ilə əlaqəsi olduğunda şübhələnilir. Bu gün eləcə də, Parisin dəmir yolu vağzalındakı insanlar qısa müddətə evakuasiya edilib.

Belçika prokurorlarının dediyinə görə isə, ölkə boyu keçirilən reydlər zamanı islamçı qruplaşmaların üzvləri olan və polis işçilərinə qarşı hücum planlaşdırmaqda şübhəli bilinən 13 nəfər saxlanılıb.

Belçika prokurorları Almaniya ilə sərhəd yaxınlığındakı Verviyer şəhərindəki bir mənzildən avtomat və kiçik çaplı odlu silahlar, partlayıcı maddələr, polis uniforması aşkar edildiyini bildirib. Dünən keçirilən reydlər zamanı iki silahlı şəxsin öldürüldüyü bildirilsə də, həmin şəxslərin kimliyi barədə hələ məlumat verilməyib.

Almaniya polisi isə Suriyadakı İslam Dövləti qrupuna döyüşçü cəlb edən 2 nəfərin Berlin şəhərində həbs edildiyini bildirib.


Müəllif:

Oxşar xəbərlər