28 Oktyabr 2023 14:49
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli silah-sursat anbarlarına hava zərbələri Tehrana xəbərdarlıq siqnalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Bu, sərt xəbərdarlıq siqnalıdır. Ümid edirik ki, onlar (İran) bunu aldılar. Anlamasalar, hücumlar davam edərsə, Prezident Co Baydenin dediyi kimi, cavab verməyə davam edəcəyik”, - ABŞ rəsmisi bildirib.

Kirbi əlavə edib ki, zərbələr həm də Suriya və İraqda ABŞ hərbçilərinə qarşı bir neçə hücuma görə İranın məsuliyyət daşıdığını göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər