29 Oktyabr 2023 01:12
1 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın müttəfiqləri Vaşinqtonun imkanlarının eyni vaxtda bir neçə ölkəyə kömək etmək üçün kifayət etməyəcəyindən ehtiyat edirlər. Məsələn, ABŞ-ın vəsaitləri eyni anda Ukrayna və İsrailə kömək üçün yetməyə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadla “Blumberq” agentliyi məlumat yayıb.

Agentlik yazır ki, bir sıra Avropa və Asiya paytaxtları Vaşinqtonun bəzi tərəfdaşlarının zərər çəkə biləcəyindən narahatdırlar, çünki dünyada eyni vaxtda bir neçə problemin yaranması ABŞ-ın onlara cavab vermək imkanlarını məhdudlaşdırır.

Mənbələrdən birinə görə, Fələstin-İsrail eskalasiyası başlamazdan əvvəl ABŞ Rusiya və Çinə qarşı döyüşmək üçün Yaxın Şərqdən resursları köçürürdü. Amma indi ABŞ bölgədə qüvvələr toplayana qədər İsraildən quru əməliyyatını təxirə salmağı xahiş edə bilər.

Agentlik qeyd edir ki, 2024 həyəcanverici il olacaq. Söhbət sabiq prezident Donald Trampın qalib gələ biləcəyi noyabr seçkilərindən gedir.

ABŞ-ın keçmiş prezidenti dəfələrlə NATO-dan çıxmaq və Rusiya ilə müqavilə imzalamaq istədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər