28 Oktyabr 2023 20:17
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Türkiyə siyasi rəhbərliyinin, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün bu ölkədəki diplomatlarını geri çağırır.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə çıxışı zamanı İsrailin Qəzza ilə bağlı addımlarını kəskin tənqid edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər