Türkiyənin ilk döyüş təyyarəsi KAAN-ın (beşinci nəsil) ilk uçuş tarixi bəlli olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə sənaye və texnologiya naziri Məhmət Fateh Kaçır açıqlama verib.
“20 ədəd KAAN 2028-2029-cu illərdə Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. KAAN-ın uçuş tarixi üçün gün sayırıq. Ümid edirik ki, “Türkiyə Əsri”nin ilk aylarında KAAN-ı səmada görəcəyik. Bütün inkişaf prosesləri 4-5 il ərzində tamamlanacaq”, - nazir bildirib.
Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl Azərbaycanın da döyüş təyyarəsinin istehsal prosesinə cəlb olunduğunu açıqlamışdı. Məsələ ilə əlaqədar digər ölkə - Pakistanla da danışıqların getdiyi bildirilmişdi.