Səudiyyə Ərəbistanı silahlı qüvvələri və hava hücumundan müdafiə sistemləri “Ənsarallah” Hərəkatı (Yəmən) ilə toqquşmalardan sonra yüksək hazırlıq vəziyyətinə gətirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” rəsmi mənbələrə istinadla məlumat yayıb.
“Husilər” (“Ənsarallah”) bir neçə həftə əvvəl Səudiyyəyə raket zərbələri endirdikdən sonra krallığın silahlı qüvvələrinin bütün bölmələrinə müvafiq əmr verilib. Silahlı qüvvələrin sərhəddə yerləşdirilməsinin digər səbəbi Yəmənlə sərhəddə yerləşən Cizan əyalətinin cənubunda “Husilər”lə toqquşma nəticəsində 4 Səudiyyə hərbçisinin həlak olmasıdır.
Toqquşmalar “Husilər”in oktyabrın 19-da İsrailə qanadlı raketlər və pilotsuz təyyarələr atmasından sonra başlayıb. Yəmən qruplaşmasının ABŞ-ın Qırmızı dənizdəki Amerika esminesini hədəfə aldığı bildirilir.