31 Oktyabr 2023 12:24
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana bağlı “Kətaib Hizbullah” terrorçu qruplaşması ABŞ-ın İraqdakı Ayn əl-Əsəd hərbi bazasına hücum etdiyini iddia edir.

Teleqraf.com xəbər verir ki, qruplaşma Amerika bazasını PUA-larla hədəfə aldığını bildirir.

Eyni zamanda, bazaya 4 “Katyuşa” raketinin atıldığı qeyd olunur.

ABŞ-ın hərbi rəsmisinin “Röyter”ə dediyinə görə, dünən İraq və Suriyadakı Amerika və müttəfiq qüvvələri bu ay 23-cü dəfə PUA və raketlərlə hücuma məruz qalıb.

“Oktyabrın 17-dən oktyabrın 30-dək ABŞ və koalisiya qüvvələri İraqda ən azı 14, Suriyada isə 9 hücuma məruz qalıb”, - ölkə rəsmisi söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər