Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun açıqlaması ölkəsində müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, CHP lideri Prezident Rəcəb Tayyib Ərdoğanı hakimiyyəti ona təhvil verməyə çağırıb.
“Paytaxtı Qüds olan Fələstini hər yerdə və həmişə dəstəkləyirik. Cənab (Ərdoğan) mitinq keçirir. Siz müxalifət deyilsiniz, mitinqdə nə işin var? Hakimiyyəti bizə təhvil verin, baxın, Fələstin problemi necə həll olunur, Yaxın Şərqə necə sülh gəlir”, - Kılıçdaroğlu bildirib.
CHP liderinin Fələstin açıqlaması sosial mediada gülüş obyektinə çevrilib.