1 Noyabr 2023 16:15
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan və Hindistan hərbçilərinin Cəmmu-Kəşmir sərhədində bir-birilərinə atəş açdığı bildirilir.

Teleqraf.com xəbər verir ki, Hindistandan atılan PUA Pakistanın Sialkot şəhərinə girməyə cəhd edərkən vurulub.

İki ölkə hərbçilərinin bir-birilərinə atəş açmaları nəticəsində ölən olmayıb.

Pakistan ordusundan verilən açıqlamada təhlükəsizlik qüvvələrinin Hindistanın səbəbsiz atəşlərinə cavab verdiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər