Ukrayna silahlı qüvvələri Xerson vilayətinin sol sahilində yeni mövqeləri tutaraq, hücum əməliyyatlarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Poymi və Pişçanivka yaxınlığında əks-hücuma keçən Ukrayna ordusu Krınık istiqamətində irəliləyib.
Eyni zamanda, ukraynalı hərbi ekspert Kostyantin Maşovets deyib ki, Ukrayna qoşunları Krınık və Antonovski avtomobil və dəmir yolu körpüləri yaxınlığında mövqeləri saxlayır.