Zaqrebdən Zaltsburqa uçan yüngülmühərrikli təyyarənin qəzaya uğradığı yerdə 4 nəfərin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avstriyanın Zaltsburq federal əyalətinin polisinin mətbuat xidmətinin bəyanatında deyilir.
“Noyabrın 2-də təxminən saat 15:45-də (Bakı vaxtı ilə 18:45) “Cirrus SR-20” tipli idman təyyarəsi Lintşinq bölgəsində qəzaya uğrayıb. İdman təyyarəsi Zaqrebdə uçuşa başlayıb, təyinat hava limanının isə Zaltsburq olduğu bildirilib”, - deyə polis əməkdaşı qeyd edib.
Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırmağa başlayıb. Ölənlərin kimliyi hələ müəyyən edilməyib.