5 Noyabr 2023 17:11
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında danışıqlar oktyabrın 6-da planlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı diplomatlar Qəzza zolağındakı vəziyyəti və regional problemləri müzakirə edəcəklər.

Blinken və Fidanın ABŞ-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.

Noyabrın 4-də Blinken İordaniyaya səfər edib və burada Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün bir sıra ərəb ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. Noyabrın 5-də ABŞ dövlət katibi İraqa səfər edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər