Hüquq-mühafizə orqanlarının əməkdaşları Hamburq hava limanında dövlət nömrə nişanı olmayan avtomobillə uçuş-enmə zolağına çıxan və dörd yaşlı qızını içəridə saxlayan şəxsi müqavimətsiz saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Hamburq polisinin mətbuat xidməti məlumat yayıb.
“Girovla bağlı insident aradan qaldırılıb. Şübhəli şəxs qızı ilə birlikdə maşından düşüb. Kişi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müqavimət göstərilmədən saxlanılıb”, – məlumatda vurğulanıb.
Bildirilib ki, ilkin baxışda uşaq xəsarət almayıb.