18 Yanvar 2015 00:49
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti bu gün “Mardom Emrouz” həftəlik qəzetin nəşrinə qadağa qoyub.

Axar.az xəbər verir ki, qəzetə qadağa qoyulmasının səbəbi Fransada söz azadlığı və “Şarli Hebdo” jurnalının redaksiyasının dəstəklənməsi əlaməti kimi səsləndirilən “Mən Çarliyəm” şüarının manşetə verilməsi olub.

Qəzet ön səhifədə Corc Klunun şəklini verib və“Mən Çarliyəm” şüarını yazıb.

Qeyd edək ki, bu şüarı ilk dəfə Hollivud aktyoru tədbirlərin birində səsləndirib.

Xatırladaq ki, “Çarli Hebdo” fransız satirik həftəlik jurnalı Məhəmməd peyğəmbərin karikaturasını dərc etdikdən sonra terror aktına məruz qalıb.


Müəllif:

Oxşar xəbərlər