6 Noyabr 2023 08:15
3 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Haber 7” məlumat yayıb.

E.Blinken Esenboğa Hava Limanında adi səviyyədə qarşılanıb. Onu qarşılamaq üçün hava limanına ABŞ-ın Türkiyədəki səfiri Jeffry Flake, Türkiyə XİN-in Amerika üzrə məsul şəxsi Yaprak Balkan, Ankara Vali yardımçısı Namık Kemal Nazlı gedib.

Üstəlik Blinkenin Fidan ilə görüşəcəyi məkana gedən yolda Həmasa bağlı İzzeddin El Kassam Tugaylarının nümayəndəsi Ebu Ubeydenin fotosunun olduğu bayraq asılıb.

Qeyd edək ki, Fidan ilə Blinken arasında baş tutacaq rəsmi danışıqlarda Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.


Müəllif: Ayxan

Oxşar xəbərlər