ABŞ həm “Hizbullah”a, həm də İrana xəbərdarlıq edib ki, Qəzzada davam edən HƏMAS-İsrail savaşına müdaxilə edəcəkləri və ya münaqişəni daha da qızışdıracaqları təqdirdə onlara qarşı hərbi hərəkətə keçməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu-York Tayms” qəzeti məlumatlı mənbələrə istinadla bildirib.
Məlumatda deyilir ki, mesaj “Hizbullah” və İrana onların bölgədəki tərəfdaşları, o cümlədən Türkiyə vasitəsilə çatdırılıb.
Nəşr ABŞ-ın təyyarədaşıyan gəmilərini İran və ona bağlı silahlı qruplaşmaları İsrail-HƏMAS müharibəsinə müdaxilədən çəkindirmək üçün göndərdiyi vurğulayır.