Macarıstan parlamenti Çada hərbi missiyanın göndərilməsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, parlament terrorizmlə mübarizə, infrastrukturun qorunması və ölkədə sosial vəziyyəti yaxşılaşdırmaq üçün yerli hakimiyyət orqanlarına kömək etmək üçün Çada 400 nəfərə qədər hərbi missiya göndərməyə razılaşıb.
Qanunverici orqanın saytında yayımlanan səsvermə zamanı bu qərarın lehinə 143 deputat çıxış edib, 30-u əleyhinə, daha 2 deputat isə bitərəf qalıb.
Parlamentin qətnaməsində qeyd olunduğu kimi, Macarıstanın hərbi missiyası Çad hökumətinin dəvəti ilə Afrikaya göndərilir və onun tərkibi 200-dən 400 nəfərə qədər olacaq.
Missiyaya daxil olan hərbçilər lazımi texniki vasitə, silah və avadanlıqla təmin olunacaqlar. Onların vəzifələrinə məsləhətləşmələrin aparılması, təlimlərin keçirilməsi, 31 dekabr 2025-ci ilə qədər ölkəyə terrorizmlə mübarizəyə dəstək tədbiləri daxildir.