“İsrail-HƏMAS müharibəsinin genişlənməsi qaçılmazdır”.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə telefon danışığında deyib.
“Qəzzanın mülki sakinlərinə qarşı müharibənin intensivliyinin artması səbəbindən müharibənin əhatə dairəsinin genişlənməsi qaçılmaz olub”, - nazir bildirib.
ABŞ İranı müdaxilədən çəkindirmək üçün bölgəyə (Aralıq dənizi) iki təyyarədaşıyan qrupu və nüvə sualtı gəmisi göndərib.