“Diplomatik və kəşfiyyat mənbələrindən bizə məlumdur ki, Ukrayna 2022-ci ilin martında ABŞ-ın göstərişi ilə İstanbulda Rusiya ilə sülh sazişini imzalamaqdan imtina edib”.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, diplomatik aləm Almaniyanın keçmiş kansleri Gerhard Şröderin 2022-ci ilin martında Rusiya və Ukrayna arasında danışıqlar barədə dediklərini yaxşı bilir.
“Müxtəlif hesabatlardan, kəşfiyyat mənbələrindən onu da bilirik ki, həqiqətən də 2022-ci ildə qapalı danışıqların aparıldığı İstanbulda ukraynalıların ABŞ-ın göstərişi ilə imzalamadığı bir razılaşma vardı”, - Macarıstan rəhbəri vurğulayıb.
Şröder iddia edir ki, Ukrayna 2022-ci ilin martında Rusiya ilə sülh sazişinə razılıq verməyə hazır olub, amma ABŞ-ın təzyiqi nəticəsində buna nail olunmayıb.