“Ukraynada silahlı toqquşma demək olar ki, başa çatıb, Yaxın Şərqdə anti-İsrail ittifaqı formalaşır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.
Onun sözlərinə görə, İsrailə qarşı böyük bir ittifaq formalaşır, bu, başqa şərtlər altında heç vaxt yarana bilməzdi:
“Hər kəs İsrail və HƏMAS-a fokuslanıb, xoşlarına gəlməyən şeylər görürlər”.
Keçmiş müşavir hesab edir ki, anti-İsrail ittifaqı yəhudi dövlətinə qarşı hərbi əməliyyatlara başlamağa hazırdır, ABŞ bunu gözardı edə bilməz.