Kiçik Donald Tramp atasının mülki fırıldaqçılıq işində yenidən ifadə verəcək.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bu dəfə müdafiə tərəfi onu keçmiş ABŞ prezidentinin daşınmaz əmlak biznesi ilə bağlı sualları cavablandırmaq üçün çağırıb.
Keçmiş prezident Donald Tramp iki oğlu və 10 şirkəti ilə birlikdə daha yaxşı maliyyə təmin etmək üçün öz sərvətlərini 2,2 milyard dollar şişirtməkdə ittiham olunur.
Nyu-Yorkun baş prokuroru Letitia James-in iddiası ən azı 250 milyon dollar təzminat tələb edir. Bu Tramp və onun yetkin oğullarının Nyu-York daşınmaz əmlak sənayesinə girişini qadağan edir.
Baş Prokurorluq artıq şahid qismində kiçik Donaldı çağırıb. Onun bacısı İvanka Tramp da ifadə verib, lakin ittiham irəli sürülməyib.
Tramp öz günahını rədd edərək Ceymsi və işə nəzarət edən hakimi siyasi qərəzlilikdə və “seçkilərə müdaxilədə” ittiham edib.
Keçən həftə ifadəsində Trump maliyyə hesabatlarında uyğunsuzluqları etiraf edib. Əlavə edib ki,bunun banklarla heç bir əlaqəsi yoxdur.
Kiçik Donald, Erik və İvanka Tramp atalarının maliyyə hesabatlarının hazırlanmasında iştirak etmədiklərini bildiriblər.
Trump 2024-cü il seçkilərində prezident Co Baydenə qarşı mübarizə apardığı bir məqamda bir çox hüquqi problemlərlə üzləşir. İttihamlar onun Respublikaçı rəqibləri üzərindəki üstünlüyünü azaltmayıb.