Ukrayna ordusu ilə rus separatçılar arasında Donetsk hava limanı ətrafında döyüşlər gərginləşib.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, rəsmilər separatçıların aerodroma etdiyi hücumun dəf olunduğunu bildiriblər. Həmçinin müşahidəçilər son 24 saat ərzində baş verən döyüşləri 2-ci Dünya müharibəsindən sonra görülən ən şiddətli qarşıdurma kimi qiymətləndirilib.
Ukrayna tərəfi verdiyi açıqlamada separatçıların Minsk razılaşmasına əməl etmədiyini qeyd edib:
“Separatçılar Minsk razılaşmasına əməl etmirlər. Əgər onlar hücum etsə, layiqli cavabını alacaqlar”.
Samir