19 Yanvar 2015 11:45
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində davam edən döyüşlərdə bir Gürcüstan vətəndaşı öldürülüb.

Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, yayınlan məlumatlarda daha 3 gürcünün yaralandığı bildirilib. Öldürülən şəxs 37 yaşlı Tamaz Suxiaşvilidir.

Rəsmilər gürcülərin rus separatçıların Donetsk aeroportunu bombaladığı zaman xəsarət aldığını qeyd ediblər.

Samir


Müəllif: