17 Noyabr 2023 22:28
13 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya təşvişlə Ukraynaya Qərb qırıcılarının tədarükünə hazırlaşır. Ruslar buna görə A-50 təyyarələri və S-400 zenit-raket komplekslərinin inteqrasiyasını sürətləndiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Britaniya kəşfiyyatı bildirir ki, Rusiya Ukrayna üzərində hədəfləri müəyyən etmək üçün ilk dəfə A-50 erkən xəbərdarlıq və hava hərəkətlərinə nəzarət təyyarələri və S-400 uzaqmənzilli raket sistemlərini birgə istifadə etməyə başlayıb.

A-50 uçuş hündürlüyünə görə uzaq məsafələrdə düşmən təyyarələrini aşkarlamaq üçün öz radarından istifadə edə bilir. Böyük ehtimalla Rusiya A-50 və S-400-lərin inteqrasiyasını sürətləndirib. Kremldə Ukraynanın Qərb qırıcılarını tezliklə əldə edəcəyi perspektivindən narahatdırlar.

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya böyük riskə gedə və yeni rolundan səmərəli istifadə etmək üçün A-50 təyyarələrini cəbhə xəttinə daha yaxın yerləşdirə bilər.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib ki, F-16 qırıcılarının Ukraynaya gətirilməsi üçün son tarix 2024-cü ilin birinci yarısıdır. O qeyd edib ki, pilotlar hazırlığı başa vurmalıdırlar. Eyni zamanda, Ukraynada bu təyyarələr üçün infrastruktur hazırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər