17 Noyabr 2023 21:52
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin Rusiya Federasiyasının YUNESKO-dan çıxmasını zəruri hesab etmir və həmçinin ölkənin BMT-dən çıxması ilə bağlı təklifləri "axmaqlıq" adlandırıb.

Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda çıxışı zamanı UNESCO-nun fəaliyyətini yüksək qiymətləndirib

"Məncə, kənarlaşmaya ehtiyac yoxdur, niyə? Bu, insanların bir-biri ilə ünsiyyət qurduğu və işlədiyi bir platformadır. Bizim kifayət qədər ciddi proqramlarımız var ki, UNESCO vasitəsilə həyata keçirilir. Bəziləri deyir ki, biz BMT-dən çıxmalıyıq, amma bu, axmaqlıqdır, çünki Rusiya, əslində, bu təşkilatların yaradıcısıdır. biz onlardan niyə çıxmalıyıq?”, -

Putin hesab edir ki, bu strukturlar dünyada hökm sürən yeni vəziyyətə uyğunlaşdırılmalıdır. “BMT və digər BMT təsisatları İkinci Dünya Müharibəsindən sonra yaranıb və İkinci Dünya Müharibəsinin nəticələrini qeydə alıb. Vəziyyət dəyişir və ciddi şəkildə dəyişib. Yeni güc mərkəzləri, yeni inkişaf mərkəzləri yaranır və artıq yaranıb. Beynəlxalq təşkilatları, istər BMT, istərsə də bütün digər strukturları dəyişən və dəyişən dünyaya uyğunlaşdırmaq lazımdır. Bunu ədalətli etmək lazımdır. Afrika, Latın Amerikası, Asiya, Hindistan, Braziliya o qurumda təmsil olunmalıdırlar”, - Putin bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər