19 Noyabr 2023 01:16
3 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna ilə nə vaxt və hansı şərtlərlə sülhə getməyə Rusiyanın özü qərar verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu “Rusia Today” telekanalının baş redaktoru, Kremlin erməni təbliğatçısı Marqarita Simonyan deyib.

Onun sözlərinə görə, heç kim liderləri Vladimir Putinin planlarının müstəqilliyinə təsir göstərə bilməz.

Simonyan qeyd edib ki, gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində kimin seçilməsindən asılı olmayaraq, Rusiyanın hərbi kursu dəyişməyəcək:

“Putin güzəştlərdə maraqlı deyil, Tramp gələcək, ya Vasya Pupkin, ya da Roman Babayan ABŞ prezidenti olacaq bunun bunun fərqi yoxdur. Putin heç bir güzəştə getməyəcək”.

Kremlin təbliğatçısı əlavə edib ki, Putin yalnız Rusiya sərhədlərinin təhlükəsizliyi təmin edildikdə atəşkəsə hazır olacaq və bu sərhədlərin harada bitəcəyinə Rusiya qərar verəcək:

“Nöqtə! Bu anda Ağ Evdə kimin olacağı, hətta birayaqlı taylandlı gey-transseksual olsa belə, bizi heç maraqlandırmır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər