20 Noyabr 2023 19:36
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Rusiya iki ölkə arasındakı keçid məntəqələrinin bağlanmasına etiraz edib.

Nazirliyin məlumatında deyilir ki, səfir Antti Helanteraya Finlandiya-Rusiya sərhədində 4 keçid məntəqəsinin bağlanması ilə əlaqədar etiraz bildirilib və Helsinkinin bu addımı təxribat kimi qiymətləndirilib.

Həmçinin əlavə olunub ki, Finlandiyanın bu cür addımlar atması hər iki ölkədə on minlərlə vətəndaşının hüquq və maraqlarını pozur. Finlandiya hakimiyyəti Rusiya tərəfi ilə məsləhətləşmədən tələsik qərar qəbul edib.

Xatırladaq ki, bir müddət əvvəl qanunsuz miqrant axınının qarşısını almaq səbəbindən Rusiya ilə sərhəddə 4 keçid məntəqəsinin bağlanması qərarı ilə çıxış edən Finlandiya hökuməti bütün məntəqələrin bağlana biləcəyini istisna etməmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər