23 Noyabr 2023 13:34
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin (AP) alman üzvü Maksimilian Krax Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, Türkiyə liderini Almaniya hökumətinə nümunə göstərib.

“Prezident Ərdoğan sizin düşməniniz deyil. Ərdoğan Türkiyənin prezidentidir. Türkiyə xalqı onu dəfələrlə prezident seçib. Türkiyə prezidenti kimi fəaliyyəti kifayət qədər yaxşıdır, çünki Türkiyənin maraqlarını müdafiə edir. Məhz buna görə alman siyasətçiləri onu sevmirlər. Alman siyasətçiləri alman maraqlarını müdafiə etsəydilər, onda Ərdoğanla problemləri olmayacaqdı”, - Krax deyib.

Deputat Almaniyada bu ölkənin maraqlarını müdafiə edən və Türkiyə ilə işləməyi bacaran siyasətçilərə ehtiyacın olduğunu vurğulayıb:

“Bizə alman maraqlarının nə olduğunu bilməyən zəif alman siyasətçiləri lazım deyil”.

Krax Almaniyadakı türk siyasətçiləri rədd edən yanaşmanı tənqid edib:

“Çünki türklər öz işlərini görürlər, yəni Türkiyənin maraqlarını müdafiə edirlər. Almaniya və Türkiyə dostdur, tərəfdaşdır və birgə işləyirlər. Bu, hər iki ölkəyə həmişə kömək olub. Almaniyada Almaniyanın maraqlarını təmsil edən siyasətçilər və Türkiyədə Türkiyənin maraqlarını təmsil edən Prezident Ərdoğanla bunu inkişaf etdirmək istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər