24 Noyabr 2023 10:48
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin sözçüsü Peter Stano Moldova və Gürcüstanın Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan birliyə qismən qəbulunun mümkün olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Stano bu ölkələrin Avropa gələcəyinin münaqişələrdən asılı olmamalı olduğunu deyib.

Bundan əvvəl Avropa Komissiyası genişlənmə ilə bağlı hesabat yayımlayıb. Hesabatda Ukrayna və Moldova ilə AB-yə üzvlüklə bağlı danışıqlara başlamaq, eləcə də Gürcüstana birliyə namizəd statusunun verilməsi tövsiyə edilir. Moldova Prezidenti Maia Sandu öz növbəsində Dnestr çayının sağ sahilindən başlayaraq iki mərhələli üzvlük imkanlarına icazə verərək, AB ilə inteqrasiyaya hazır olduğunu açıqlayıb. Amma Moldovanın keçmiş prezidenti İqor Dodon bunu “milli maraqlara xəyanət” adlandırıb.

Gürcüstan avrointeqrasiya istiqamətində növbəti addımlarını açıqlayıb. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili müxalifət və vətəndaş sektorunu planın hazırlanmasına qoşulmağa çağırıb. Papuaşvilinin nöqteyi-nəzərindən, bu halda Gürcüstan AB üzvlüyünə namizəd statusu almaq üçün lazım olan nəticələrə nail olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər