Misirin xarici işlər naziri Sameh Şükriyə ABŞ dövlət katibi Entoni Blinkenə zəng edib. Teleqraf.com “Reuters”ə istinadən xəbər verir ki, tərəflər HƏMAS-la İsrailin atəşkəs rejimini təhdid edən maneələri və hərtərəfli atəşkəsə nail olmaq yolları müzakirə ediblər.
Telefon danışığı zamanı Şükri BMT Təhlükəsizlik Şurasının noyabrın 15-də qəbul etdiyi qətnamənin icrası zamanı atəşkəs rejiminin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazirliyin bəyanatında deyilir ki, qətnamə xüsusilə Qəzzaya yardımın çatdırılmasına imkan verən humanitar fasilələr tələb edir.