İsrailin təhlükəsizliyi üçün ən yaxşı təminat Fələstin dövlətinin yaradılması olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.
“Sülh imkanlarını açıq saxlamalıyıq. Bölgəyə son səfərim İsrailin təhlükəsizliyinin ən yaxşı təminatının Fələstin dövlətinin yaradılması olduğuna inamımı gücləndirdi”, - AB-nin baş diplomatı bildirib.
Onun fikrincə, Qəzza zolağının İsraildən başlayaraq bütün regionda sabitliyi poza biləcək nəzarətsiz silahlı qruplaşmaların əlinə keçməsinin qarşısını almaq üçün ərazi öz xalqını təmsil edən dövlət tərəfindən idarə edilməlidir.
Borrelin sözlərinə görə, İsrailin təhlükəsizliyi üçün Qəzza və İordan çayının qərb sahilində, o cümlədən Şərqi Qüdsdə Fələstin dövlətinin yaradılması tələb olunur.